Dek 20, 2016 12:38 Asia/Baku
  • Hizbullah Rusiyanın Türkiyədəki səfirinin terror edilməsini pisləyib
    Hizbullah Rusiyanın Türkiyədəki səfirinin terror edilməsini pisləyib

Livan Hizbullahı bir bəyanat yayaraq, Rusiyanın Türkiyədəki səfirinin terror edilməsini kəskin tərzdə pisləyib və əlavə edib ki, bu məsələ, terrorizmlə mübarizə istiqamətindəki müştərək iş üzrə Moskvanın əzmkarlığını artıracaqdır.

Livan Hizbullahı bəyanatında deyilir: Biz tam əminik ki, bu terror əməliyyatı Rusiyanın Suriyada və regiondakı siyasi stabiliyinə təsir göstərməyəcək, əksinə bu ölkənin terrorizmlə mübarizə və onun kökünün kəsilməsi istiqamətində öz dostları və müttəfiqləri ilə müştərək iş üzrə əzmkarlığını artıracaqdır.

Bəyanatın davamında Rusiya səfirinin terror olunması beynəlxalq təhlükəsizlik və sabitliyə xələl kimi qeyd olunub.

Teqlər