Dek 25, 2016 17:36 Asia/Baku
  • Türkiyə Böyük Millət Məclisində fiziki qarşıdurma
    Türkiyə Böyük Millət Məclisində fiziki qarşıdurma

Hakim Ədalət və İnkişaf Partiyası və ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının bu ölkə parlamentindəki üzvləri arasında, ölkənin siyasi quruluşunun prezidentlik üsul idarəsinə dəyişdirilməsi məqsədi ilə konstitusiyaya dəyişikliyin edilməsi üzrə müzakirələr zamanı, fiziki qarşıdurma yaşanıb.

İRNA-nın məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası arasında anlaşmanın əldə olunmasının ardınca, konstitusiyaya dəyişikliyin edilməsi üzrə qanun layihəsi ötən həftədən etibarən Türkiyə Böyük Millət Məclisinin Ana Yasa Komissiyasında araşdırılmağa başlayıb. Müzakirələr artıq 5 gündür ki, fasiləsiz olaraq davam edir.

İRNA-nın verdiyi məlumata görə, qarşıdurma Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası üzvlərinin razılığı əsasında, qanun layihəsinin külliyyatının araşdırılmasının Komissiya tərəfindən qəbul edilməsi və layihənin detallarını araşdırmağa başlamasının ardınca yaşanıb.

Ədalət və İnkişaf Partiyasının üzvləri layihənin külliyyatı ilə bağlı müzakirələri "kafi" elan edərək, layihənin qəbul edilməsi prosesinə başlayıblar. Amma, bu məsələ Cümhuriyyət Xalq Partiyası üzvlərinin etirazına səbəb olub.

CHP-nin üzvləri prezidentlik üsul-idarəsinə keçid ilə kəskin müxalifət edirlər. Hakim Ədalət və İnkişaf Partiyası isə Milliyyətçi Hərəkat Partiyası üzvlərinin razılığını əldə etməyi bacardığı üçün, qarşıdan gələn yeni miladi ilinin mart ayında parlamentdə konstitusiyaya dəyişikliyin edilməsi üzrə qanun layihəsi ilə bağlı həyata keçiriləcək səsvermədə lazım olan 330 səsi əldə edəcəyinə ümid bəsləyir.

Teqlər