İstanbul terror hücumunun amili qırğız deyil
Yan 05, 2017 19:45 Asia/Baku
-
İstanbul terror hücumunun amili qırğız deyil
Qırğızıstan Xarici İşlər Nazirliyi bəzi Türkiyə medialarının İstanbuldakı gecə klubuna qarşı terror hücumu amilinin qırğız olmasına dair informasiyalarını rədd edib.
Fars xəbər agentliyinin məlumatına görə, Qırğızıstan Xarici İşlər Nazirliyi bu gün bir bəyanatda bildirib ki, hələ Yəhya Muşrepov barədə Türkiyədən bir müraciət almayıb və bəzi Türkiyə mediaları tərəfindən hücumçu şəxsin vətəndaşlığı barədə yayılmış informasiyalar hələ rəsmi şəkildə təsdiq edilməyibdir.
Muşrepov 2017-ci il yanvarın birində İstanbul-Bişkek hava reysi ilə və İstanbul hava limanı gözətçiləri tərəfindən təftiş edildikdən sonra Bişkekə geri dönüb.