Yan 10, 2017 11:12 Asia/Baku
  • İranın Çin və Vyetnamdakı səfirliklərində Ayətullah Haşimi Rəfsəncaninin xatirə dəftəri açılıb
    İranın Çin və Vyetnamdakı səfirliklərində Ayətullah Haşimi Rəfsəncaninin xatirə dəftəri açılıb

İranın məsləhət şurasının mərhum sədri Ayətullah Haşimi Rəfsəncaninin vəfatı münasibəti ilə Çin, Vyetnam və Meksikada xatirə dəftərləri açılıb.

İRNA-nın verdiyi məlumata görə, Çin paytaxtı Pekində yaşayan xarici səfirlər və diplomatlar İranın səfirliyinə gələrək Ayətullah Haşimi Rəfsəncaninin vəfatı münasibəti ilə açılan xatirə dəftərini imzalayır və onun böyük şəxsiyyətinə hörmətlərini bildirirlər. 

Ayətullah Haşimi Rəfsəncaninin vəfatı münasibəti ilə İran İslam Respublikasının Çindəki səfirliyi və bütün siyasi nümayəndəliklərində İran bayrağı yarıya endirilib. 

Vyetnam paytaxtındada xarici diplomatlar və siyasi simalar bu gün İranın Hanoydakı səfirliyinə gələrək Ayətullah Haşimi Rəfsəncaninin şəxsiyyətini yüksək qiymətləndiriblər. 

İranın Meksikadakı səfirliyi də Ayətullah Hamimi Rəfsəncaninin vəfatı münasibəti ilə xatirə dəftəri açıb. 

Ayətullah Haşimi Rəfsəncani bazar günü axşam Tehranda ürək infarktı keçirərək dünyasını dəyişdi. 

Teqlər