İƏT Ruhinqa müsəlmanlarının durumunu araşdırmaq üçün iclas keçirəcək
Malayziya rəsmilərindən biri dünən bildirib ki, İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri gələn həftə Kuala-Lumpurda keçiriləcək iclasda Myanmada yerləşən Ruhinqa məntəqəsi müsəlmanlarının vəziyyətini araşdıracaqlar.
Press TV-nin məlumatına görə, bu malayziyalı rəsmi belə qeyd edib: Bu iclas 2017-ci il yanvarın 19-da Malayziyanın baş naziri Nəcib Rəzzaqın sədrliyi ilə keçiriləcək.
Malayziyanın baş naziri son zamanlar Myanmada Ruhinqa müsəlmanlarının qətli-am edilmələrinə son qoymaq üçün dünya ictimaiyyətindən kömək istəmişdi.
Yayılan məlumatlara görə, gözlənilir ki, İƏT-ə üzv ölkələrdən olan 56 nümayəndə bu iclasda iştirak edəcək.
Malayziya son vaxtlar Myanmada Ruhinqa icmasına qarşı etnik təmizləmə siyasəti əleyhinə kəskin tənqidi mövqe tutaraq, Myanmadakı bu azlığa qarşı zorakılığa son qoyulmasını vurğulayıbdır.
Malayziya 2016-cı ilin noyabrında Myanmada müsəlmanlara qarşı qanlı repressiyalara etiraz olaraq, bu ölkənin Kuala-Lumpurdakı səfirini çağırtdırıbdır.
Malayziyanın yığma futbol komandası da elə bu məsələyə görə, Myanma yığması ilə iki yoldaşlıq görüşünü ləğv edibdir.
Malayziya həmçinin ASEAN təşkilatından istəyibdir ki, Myanmanın bu təşkilata üzvlüyü məsələsini yenidən nəzərdən keçirsin.
Myanmanın şimal-qərbində yerləşən Raxin əyaləti 2012-ci ildən bəri buddist ekstremistlərin müsəlmanlara qarşı etnik zorakılıqları səhnəsi olubdur.
Myanmadakı Ruhinqa müsəlman azlığı xüsusən myanmalı sərhədçilərə qarşı doqquz oktyabr hücumundan sonra hərbi repressiyaya məruz qalıbdır. Myanma dövləti 9 polis zabitinin öldürüldüyü bu hücumu Ruhinqa müsəlmanları ilə əlaqələndiribdir.
Ruhinqa müsəlmanları 1982-ci ildən və yeni qanunun qəbul olunmasının ardınca Myanma vətəndaşlığından məhrum ediliblər.
BMT-nin bildirdiyinə görə, Ruhinqa müsəlmanları dünyada maksimum repressiyalara məruz qalan azlıqlardan olublar.