Tunis inqilabının ildönümündə inqilab əhval-ruhiyyəsi
Tunis xalqı inqilabının 6-cı ildönümü yürüşü vətəndaşların etirazları və tələbləri ilə yanaşı olub. Tunisin bir neçə şəhərində baş verən gərginliklər paytaxta da sirayət edib.
Əl-Məyadin televiziyasının məlumatına görə, Tunisdə xalq inqilabının 6-cı illiyində etiraz səsləri bu mərasimin şənlik səsindən uca olub. Müxalif partiyalar və hökumət bu mərasimi təşkil ediblər və hamı Tunisin iqtisadi və ictimai vəziyyətinin ağır olduğunu bildirir. Bütün siyasi qruplar bildirirlər ki, söz azadlığı, yeni konstitusiyanın tənzimlənməsi və demokratik seçkilərin keçirilməsi Tunis inqilabının əsas nailiyyətlərindən olmuşdur. Lakin korrupsiya və işsizlik hamını bezdirmiş problemlərdəndir.
Zeynülabidin Bin Əli hökumətinin devrilməsindən 6 il keçir. Tunis vətəndaşları hələ də azadlıq, milli izzət və iş kimi 6 il öncə səsləndirdikləri şüarları yenidən dilə gətirirlər.
Tunis parlamentinin deputatı əl-Sübhi Ətiq deyib: Ölkənin inqilab və siyasi səviyyədə nailiyyətlər əldə etməsinə baxmayaraq, ölkənin inkişafı sahəsində uğursuzluqlar mövcuddur.
Tunis partiyaları və bu ölkə vətəndaşlarının bir qrupu inqilabın illiyi ilə sevinir. Lakin bir çox tunisli qrup bu günü öz etirazlarını bəyan olunması üçün seçmişdir.