Kanadanın Kvebek şəhərindəki bir məsciddə atışma
Silahlı şəxslərin Kanadanın Kvebek şəhərindəki bir məsciddə şam namazının qılınması zamanı atəş açmaları nəticəsində altı nəfər həlak olub. Kvebek polisinin sözçüsü bildirib ki, dünən gecə Kvebek şəhərindəki bir məscidə qarşı terror hücumunda azı altı nəfər ölüb, səkkiz nəfər də yaralanıbdır.
Yerli mənbələr bildiriblər ki, atəşın açılmazı zamanı məsciddə qırx nəfər olub. Kanadanın baş naziri Castin Trudo(Justin Trudeau) bu məsciddəki atışmanı terror hücumu və qorxaqcasına bir hərəkət adlandırıb.
Bu hücum Kanadanın mühacirləri qəbul edəcəyini bildirməsindən bir gün sonra baş verib.
Kanadanın baş naziri ABŞ prezidenti Donald Trampın müsəlmanların bu ölkəyə daxil olmalarını qadağan edən fərmanı ilə müxalifətdə bir twitter müraciətində yazdı ki, Kanada repressiya, savaş və terrorizmdən qaçan şəxslərə dinlərindən asılı olmayaraq, sığınacaq verəcəkdir.
Kanadanın Kvebek şəhərindəki müsəlmanlar son illərdə bir neçə islamofob təhdidin şahidi olublar.