Fev 03, 2017 18:31 Asia/Baku
  • Malayziyada əhali Donald Trampın siyasətlərinə qarşı etiraz aksiyası keçirib
    Malayziyada əhali Donald Trampın siyasətlərinə qarşı etiraz aksiyası keçirib

Malayziya xalqı bu gün cümə namazından sonra paytaxt Kuala-Lumpur şəhərində ABŞ səfirliyinə doğru yürüş keçirərək Amerikaya ölüm şuarları səsləndirib və ABŞ prezidenti Donald Trampın siyasətlərinə qarşı öz etirazını bildirib.

İRNA-nın verdiyi məlumata görə, nümayişçilər "Yaşasın islam" və " Ölüm olsun kafirlərə" şuarları səsləndirərək ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkənin vətəndaşlarına qarşı viza qadağasına öz etirazlarını bildiriblər. Nümayişçilər bu xüsusda ABŞ-ın səfirliyinə etiraz məktubu təqdim ediblər. Etiraz aksiyasında qərb medialarının fəallığı xüsusi diqqət çəkib. 

ABŞ prezidenti Donald Tramp ötən cümə günü bir fərman imzalayaraq, İran, İraq, Suriya, Liviya, Sudan, Somali və Yəməndən ibarət 7 müsəlman ölkənin vətəndaşlarına Amerikaya daxil olmağı 3 ay müddətinə qadağan edib. 

Dünyanın müxtəlif ölkələrində Trampın bu fərmanına qarşı etiraz edənlər onun irqçi və insan haqlarına zidd olduğunu bildirirlər. 

Teqlər