Fev 03, 2017 21:03 Asia/Baku
  • Banqladeş on minlərlə Ruhingiya müsəlmanını yaşayış olmayan adaya köçürür
    Banqladeş on minlərlə Ruhingiya müsəlmanını yaşayış olmayan adaya köçürür

Banqladeş rəsmiləri Bənqal körfəzində yaşayış olmayan bir adanı Myanmadan qaçan on minlərlə qaçqın Ruhingiya müsəlmanının məskunlaşması üçün nəzərdə tutublar.

İRİB-in verdiyi məlumata görə, Banqladeş rəsmiləri bu gün jurnalistləri həmin adaya baxış keçirməyə dəvət ediblər. Son günlərdə Myanmada ordu və ifratçı buddistlərin qanlı repessiyaları nəticəsində 70 min Ruhingiya müsəlmanı Banqladeşə qaçmaq  məcburiyyətində qalıb. Öncə də 200 mindən çox Ruhingiya müsəlmanı Banqladeşə qaçqın düşmüşdü. 

Banqladeş dövləti Ruhingiya qaçqınları ücbatından üz-üzə durduğunu iddia edən problemlərə görə geniş tənqidlərin hədəfinə çevrilmiş bir təşəbbüs həyata keçirərək minlərlə Ruhingiya müsəlmanını yaşayış olmayan bir adaya köçürmək niyyətindən söz açıb. 

Humanist təşkilatlar və yardımçı qruplar ilk öncə 2015-ci ildə təklif olunmuş bu təşəbbüsi qınayırlar. 

Vətəndaşlıq hüququndan məhrum edilmiş 1.1 milyon Ruhingiya müsəlmanı Myanmanın Raxin vilayətində yaşayır.  

Teqlər