Dini liderlər Cakartada müsəlman merin təyin olunmasını tələb ediblər
Fev 11, 2017 20:06 Asia/Baku
-
Dini liderlər Cakartada müsəlman merin təyin olunmasını tələb ediblər
İndoneziyada dini liderlər Cakarta müsəlmanlarından bu şəhərdə gələn həftə meriya seçkilərində müsəlman namizədə səs vermələrini istəyiblər.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, müsəlman liderlər şənbə günü Cakartada minlərlə indoneziyalının keçirdiyi aksiyada bu şəhər meri seçkiləri üçün müsəlman namizədi dəstəkləyərək vətəndaşlardan müsəlman namizədə səs vermələrini istəyiblər.
Cakarta İstiqlal Məscidinin imam cüməsi Mövlana Kamal Yusif namaz qılmaq üçün toplaşan müsəlman qadın və kişilərə üzünü tutaraq deyib: Müsəlman namizədə səs verməklə Cakarta dini şəhərə çevriləcəkdir.
Cakarta meriya seçkiləri 15 fevralda keçiriləcək.
İndoneziya əhalisi çox olan islam ölkəsidir və bu ölkə əhalisinin 90%-ni müsəlmanlar təşkil edir.