Fev 13, 2017 13:44 Asia/Baku
  • Türkmənistan prezident seçkilərinin qalibi Qurbanqulu Berdi Məmmədov oldu
    Türkmənistan prezident seçkilərinin qalibi Qurbanqulu Berdi Məmmədov oldu

Qurbanqulu Berdi Məmmədov Türkmənistan prezident seçkilərində səslərin 97.69%-ni özünə aid edərək, prezident seçilib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Türkmənistanın Mərkəzi Seçki Komissiyasının sədri Murad Muradov bildirib ki, səslərin sayılmasının ilkin nəticəsinə görə Qurbanqulu Berdi Məmmədov 12 fevralda keçirilən prezident seçkilərinin qalibi olub. 

Muradov Berdi Məmmədovun səslərin 97\69%-ni əldə etdiyini bildirib.

Türkmənistanda prezident seçkilərinin yekun nəticəsi seçkilərdən 7 gün sonra elan edilməlidir. 

Ötən gün Türkmənistanda keçirilən prezident seçkilərində səs vermə haqqına malik olanların 97\27%-i iştirak edib. 

Türkmənistanda keçirilən prezident seçkilərində 3140000 nəfər səs vermə haqqına malik olub. Səsvermə 39 seçki dairəsi və 2587 seçki məntəqəsində baş tutub. 

Türkmənistan ümumilikdə 6 milyon əhaliə malikdir.

Türkmənistanda keçirilən prezident seçkilərində 9 namizəd o cümlədən hazırkı prezident Qurbanqulu Berdi Məmmədov rəqabət aparırdı. 

Teqlər