Fev 24, 2017 15:50 Asia/Baku
  • Malayziya polisi iddia etdi: Şimali Koreya liderinin ölümü haqda
    Malayziya polisi iddia etdi: Şimali Koreya liderinin ölümü haqda

Malayziya polisi Şimali Koreya liderininq ardaşının əsəb qazı ilə öldürüldüyünü bildirib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Malayziyanın tibbi ekspertizası bildirib: Bu ölkədə şübhəli şəkildə öldürülən Şimali Koreya liderinin qardaşı Kim Yunq Namın ölüm səbəbinin nəticələri onun V-X tərkibli əsəb qazından istifadə edilərək öldürüldüyünü göstərir.

V-X qazı kimyəvi silahların istehsalında istifadə olunan zəhərli qazdır və BMT-nın siyahısında kütləvi qırğın silahları sırasında yer alır.

Kim ötən həftə 13 fevralda naməlum şəkildə Makaoya səfər etmək istəyib. O Kualalumpurda 2 qadının hücumuna məruz qalıb və qanına zəhərin daxil olması ilə ölüb.

Makao Şimali Koreya liderinin qardaşının sürgün yeri idi. 

Malayziya hökuməti Kim Yunq Namın qətlində Şimali Koreyanın bir diplomatı və bu ölkə hava yollarının bir əməkdaşının əli olduğunu bildirib və bu qətlin pərdə arxasında Pxenyanın dayandığını elan edib.

Şimali Koreyanın hazırkı liderindən 13 yaş böyük olan Kim Yunq Nam 2001-ci ilə qədər atasının varisi və Şimali Koreyanın növbəti lideri kimi tanınırdı. Lakin onun 2001-ci ildə saxta pasportla Yaponiyaya səfər etməsi və Tokio ətrafında Disney Landa baş çəkməyə cəhd etməsi atasının yanında öz hörmətini itirməsi ilə nəticələndi.

O iki il sonra ölkədən sürgün edildi və o zamandan Pxenyanın tənqidçisinə çevrildi.

Teqlər