Kosmosa gedən ilk turistlər
"Space X" özəl şirkəti 2 il sonra ilk dəfə olaraq 2 kosmik turisti Ayın orbitinə göndərəcək.
France-24 informasiya kanalının verdiyi məlumata görə, Hollivud personajlarından olan lakin, adları gizli saxlanılan 2 kosmik turist ilk dəfə olaraq Ayın orbitinə səfər edəcək. Kanal müxbirinin dediyinə görə, Aya səfər 2 turist üçün gerçəkləşmiş bir röya olacaq.
Space X şirkətinin sahibi olan milyarder Elan Musk öz Tvitter səhifəsində bildiribki, Aya səfərlə bağlı 2 nəfər ilə müqavilə imzalayıb. Hələ ki, bu iki turistin adı açıqlanmır. Və Aya səfər üçün nə qədər pulun ödənildiyi də gizli saxlanılır. Bu səfərin 2018-ci ilin sonlarında baş tutması planlaşdırılıb. 400 min kilometrlik bir səfər olacaq Ayın orbitinə səfər "Dragon" adlı kosmik kapusl vasitəsi ilə həyata keçiriləcək. Bu 2 kosmik turist Ayın orbitinə səfər edəcəklər. Lakin, onlar Ayın üzərinə enməyəcəklər. Bəziləri bu fantastik səyahətin real olduğuna inanmırlar. Kosmik məsələlər üzrə mütəxəssis olan Bil Harvud deyir: Sözdə bu səfər asan gələ bilər. Amma, bu səfərin təhlükəsizliyini təmin etmək son dərəcə çətin və mürəkkəb işdir.
Kosmik səfərə çıxmaq üçün bilet əldə etmək istəyənlər artıq indidən lazımi təlimlərə başlamalıdırlar. Kosmik kapsul da sınaq uçuşları həyata keçirməlidir. Ayın orbitinə olacaq bu səfər uğurlu olarsa, bu, Space X şirkəti üçün böyük bir müvəffəqiyyət olacaq.
Elan Musk 2024-cü ildə isə Marsa oxşar səfər təşkil etmək istəyir.