Mart 04, 2017 11:09 Asia/Baku
  • Malayziya Ərəbistanın Yəmənə hücumunda iştirakı təkzib etdi

Malayziya Müdafiə Nazirliyi Səudiyyə Ərəbistanının Yəmənə hərbi hücumunda iştirak etdiyini təkzib edib.

İRNA-nın məlumatına görə, Malayziya Müdafiə Nazirliyi bir bəyanatada Səudiyyə Ərəbistanının Ərəb News qəzetinin ərəbistanın Yəmənə hücumunda malayziyalı qüvvələrin iştirakı ilə bağlı xəbərinə reaksiya verib: Malayziya silahlı qüvvələri Yəmənə qarşı Ərəbistanın hərbi əməliyyatında heç vaxt iştirak etməyiblər. 

Səudiyyə Ərəbistanının Ərəb News qəzeti bir məlumatda Malayziya və Ərəbistan arasında hərbi əməkdaşlığa toxunub: Malayziya qüvvələri Ərəbistanın Yəmənə hərbi hücumunda iştirak ediblər. 

Malayziya Müdafiə Nazirliyinin reaksiyasında bildirilir: Bu əsassız ittiham Malayziya silahlı qüvvələrini bədnam etmək məqsədilə irəli sürülüb.

Ali-Səud rejimi 2015-ci il mart ayından ABŞ və bəzi ərəb ölkələrinin dəstəyi ilə Yəmənə hücum edib. Məqsədi bu ölkənin istefa vermiş prezidenti Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaqdır. 

Teqlər