Mart 17, 2017 12:17 Asia/Baku
  • ABŞ-ın Arizona ştatında bir məscidə hücum edilib
    ABŞ-ın Arizona ştatında bir məscidə hücum edilib

Amerika mediaları Arizona ştatında yerləşən bir məscidə qarşı hücumdan xəbər veriblər.

Əlaləm telekanalının məlumatına görə, yerli mənbələr vurğulayıblar ki, naməlum şəxslər Arizona ştatının Taskon şəhərində yerləşən bir məscidə hücum edərək, Qurani-Kərimə hörmətsizlik edib və bu səmavi kitabın vərəqlərini məscidin yerinə səpələyiblər.

ABC Nyus da bir kişinin təsviri ilə yanaşı bir twitt yayaraq, qeyd edibdir ki, Arizona ştatının polisi məscidə hücum edərək, bir neçə Qurani-Kərim cildini cırdığı güman edilən bu şəxsi axtarır.

Bu, Trampın prezidentliyi dövründə Amerikada hücuma məruz qalan beşinci məsciddir.

Amerikada nifrətdən irəli gələn islamofobiya və cinayətlər Donald Trampın son ABŞ preziedent seçkilərində qalib gəlməsindən sonra artıbdır.

Tramp seçki rəqabətləri zamanı etdiyi rasistcəsinə çıxışlarında daim bildirirdi ki, ABŞ prezidenti olarsa, müsəlmanların Amerikaya daxil olmalarını qadağan edəcək və mühacirlərin girişinin qarşısını almaq üçün Amerika ilə Meksika arasında divar çəkəcək.

 

Teqlər