Roma papası katolik kilsəsinin Ruanda qırğınındakı qüsuruna görə əfv istəyib
Dünya katoliklərinin rəhbəri katolik kilsəsinin Ruanda qırğınındakı qüsuruna görə əfv istəyib.
IRIB-nin məlumatına görə, dünya katoliklərinin rəhbəri Papa Fransis bu gün ilk dəfə olaraq Ruanda prezidenti Pol Kaqame ilə görüşdə katolik kilsəsinin 1994-cü ildə Ruanda qırğını zamanı etdiyi günahlar və qüsura görə, əfv istəyib.
Ruanda dövləti ötən ilin noyabrında da bildirmişdi ki, Vatikan katolik kilsəsinin bəzi üzvlərinin Ruanda soyqırımındakı roluna görə, Allahdan bağışlanma diləyibdir.
1994-cü il Ruanda soyqırımı bu ölkənin o zamankı prezidenti Cunal Hayba Rimananı daşıyan təyyarənin süqut etməsinin ardınca Ruandanın paytaxtı Kiqalidə törədilmişdi.
Hotolar bu hadisəni totsilərlə əlaqələndirdilər və 1994-cü il Ruanda soyqırımı da Ruandadakı totsilər azlığına qarşı törədildi. Bu da bu iki etnos arasında döyüşlərin başlanmasına zəmin yaratdı.
Ruanda soyqırımında təqribən 800 min nəfər öldürüldü.