11 sentyabr qurbanlarının ailələri Ərəbistandan şikayət etdi
https://azeri.sahartv.ir/news/dünya-i263218-11_sentyabr_qurbanlarının_ailələri_Ərəbistandan_şikayət_etdi
11 sentyabr terror aktları qurbanlarının ailələri Səudiyyə Ərəbistanından şikayət ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 22, 2017 07:14 Asia/Baku
  • 11 sentyabr qurbanlarının ailələri Ərəbistandan şikayət etdi
    11 sentyabr qurbanlarının ailələri Ərəbistandan şikayət etdi

11 sentyabr terror aktları qurbanlarının ailələri Səudiyyə Ərəbistanından şikayət ediblər.

ABŞ-ın USA Today qəzetinin yazdığına görə, son günlərdə Nyu-Yorkun cənubunda Menhetten Federal Məhkəməsində 2001-ci il 11 sentyabr aktlarında 850 həlak olanın ailəsi və 1500 yaralının şikayəti qaldırılıb. 

Qəzetin yazdığına görə, ABŞ Federal Məhkəməsi Səudiyyə Ərəbistanını bu hücumların bəzi üzvlərinə kömək etməkdə məsuliyyətli hesab edir. 

Həmçinin bu şikayətdə hücumlardan öncə Los-Anceles, Sen-Dieqo, Sarasota, Vaşinqton DC və Virciniyada 18 ay təyyarə oğruları ilə əlqədə olan Ərəbistan rəsmilrəinin adları qeyd olunub.

2016-cı il sentyabrda ABŞ Konqresi Casta adlanan terrorizmi dəstəkləyənlər qarşısında ədalət adlı qanunu təsdiqlədi. Bu qanuna əsasən, terrorizmlə əlaqədar cinayət işlərində digər ölkələrdən, hətta ABŞ-dan kənarda  terror aktları baş verdiyi zaman şikayət etmək olar.

2001-ci il 11 sentyabr hadisəsindən sonra, ABŞ Konqresi bununla əlaqədar araşdırma üzrə komitə təşkil etdi və sonda bir hesabat yayımlandı. Hadisədən 16 ilin keçməsinə baxmayaraq, hələ də hesabatın Ərəbistanla əlaqədar hissələri gizli qalmışdır.