Mart 31, 2017 08:41 Asia/Baku
  • Sietl meri ABŞ prezidentindən şikayət edib
    Sietl meri ABŞ prezidentindən şikayət edib

Amerikanın Sietl şəhərinin meri Ed Murray bu ölkənin prezidenti, eləcə də ədliyyə və milli təhlükəsizlik nazirlərindən şikayət edib.

IRIB-nin məlumatına görə, bu şikayət ABŞ-ın ədliyyə naziri Ceff Seşns-in sığınacaq şəhərləri qanunsuz və əsas qanunla təzadlı adlandırmasından və bu cür şəhərlərə milyardlarla dollar federal büdcəni kəsəcəyilə hədələməsindən sonra irəli sürülüb.

Sietl şəhərinin meri Tramp dövlətindən şikayət edərək, federal məhkəmədən istəyibdir ki, sığınacaq şəhərlər barədə öz fikrini bəyan etsin.

ABŞ-ın ədliyyə naziri bazar ertəsi günü demişdi ki, qanunsuz mühacirlərə sığınacağın verildiyi və mühacirət idarəsi məmurlarının oraya daxil olmalarının qarşısı alındığı məntəqələr olan sığınacaq şəhərlərin 4.1 milyard dollarlıq büdcəsini kəsəcəkdir.

Sietl meri həmçinin Amerika dövlətini büdcə ödənişi üçün qeyd-şərtlərin təyin edilməsi və təzyiqin göstərilməsinə görə, əsas qanunda nəzərdə tutulan xərclər ilə bağlı bəndi pozmaqda ittiham edib.

Teqlər