Amerikalı prokurorlar Trampın ekoloji siyasətlərinə qarşı şikayət ünvanlayıblar
https://azeri.sahartv.ir/news/dünya-i264740-amerikalı_prokurorlar_trampın_ekoloji_siyasətlərinə_qarşı_şikayət_ünvanlayıblar
Amerikanın 17 ştatından ibarət koalissiya bu ölkə prezidentinin ətraf mühit siyasətlərinə etiraz olaraq ABŞ-ın ədliyyə aparatına şikayət ünvanlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2017 08:14 Asia/Baku
  • Amerikalı prokurorlar Trampın ekoloji siyasətlərinə qarşı şikayət ünvanlayıblar
    Amerikalı prokurorlar Trampın ekoloji siyasətlərinə qarşı şikayət ünvanlayıblar

Amerikanın 17 ştatından ibarət koalissiya bu ölkə prezidentinin ətraf mühit siyasətlərinə etiraz olaraq ABŞ-ın ədliyyə aparatına şikayət ünvanlayıb.

Röytersin verdiyi məlumata görə, Nyu-York ştatının başçılığı ilə 17 ştatın prokurorlarından ibarət koalissiya belə qənaətdədir ki, hökumətin qanuni öhdəliyi, istixana qazlarının nəzarətə alınması üçün lazımı tədbirlər həyata keçirməkdən ibarətdir. 

Nyu-York ştatının prokuroru Erik Şnaydermən və onun 16 ştatdakı həmkarları bildiriblər ki, ABŞ prezidenti Donald Tramp bir neçə məhsul barədə yeni enerji meyarlarının tətbiqini təxirə salmaqla qanunu pozmuş olub. 

Şnaydermən deyib: Qanun tam aydındır və ətraf mühiti mühafizə agentliyi ölkədəki elektrik stansiyalarının karbon çirkləndiriciləri məhdudlaşdırmalıdır. 

Ötən həftə Donald Tramp bir fərman imzalayaraq Amerikanın keçmiş prezidenti Barak Obamanın iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki qanunlarının əsas hissəsini ləğv edib.