Apr 11, 2017 14:47 Asia/Baku
  • Cənubi Karolinada silahlı insident

ABŞ-ın Cənubi Karolina ştatında bir məktəbdə baş vermiş silahlı insident zamanı 4 nəfər ölüb və yaralanıb.

PressTV-nin verdiyi məlumata görə, Cənubi Karolina Ştatı, San Bernardino şəhər polisinin zabiti Mark Maden deyib: Silahlı hücumçu bazar ertəsi günü bir ibtidai məktəbə daxil olduqdan sonra bir qadın müəlliməni atəş açaraq qətlə yetirib. Daha sonra, intihar etməzdən öncə 2 uşağı da yaralayıb.

Hadisədə yaralanan 2 uşaqdan biri aldığı yaranın ağırlığı üzündən həyatını itirib. Digər uşağın vəziyyəti də ağır elan edilib.

San Bernardino şəhərində ibtidai məktəbə hücumun edilməsinin ardınca, hadisədə həyatını itirən müəllimənin qatilin həyat yoldaşı olduğu və cütlüyün təqribən 1 ay öncə boşandıqları aydınlaşıb.

Bundan öncə də San Bernardion şəhərində bir xeyriyyə müəssisəsində baş vermiş silahlı insident 14 nəfərin həyatını itirməsi, 21 nəfərin isə yaralanmasıilə nəticələnmişdi.

Amerika davamlı olaraq odlu silahdan istifadə edilərək törədilən cinayət halları ilə üz-üzədir. Amerikada Xəstəliklərin Profilaktikası Mərkəzinin verdiyi məlumata görə, hər il Amerikada 33 min nəfər odlu silahdan istifadə edilərək, qətlə yetirilir.

Teqlər