CHP parlamentdən çıxmaqla hədələyib
Türkiyədə ən qədim partiya olan Cümhuriyyət Xalq Partiyası əsas qanuna dəyişikliklər üzrə referendumun nəticələrinə etiraz olaraq, bildirib ki, ehtimal üzrə parlamentdən çıxacaqdır.
Fars xəbər agentliyinin məlumatına görə, Cümhuriyyət Xalq Partiyasının sözçüsü Selin Sayek Böke bildirib ki, bu partiya heç bir vəchlə son referendumun nəticələrini qəbul etməyəcək.
Rudav kanalının məlumatına görə, Böke əlavə edib: Ehtimal üzrə, Cümhuriyyət Xalq Partiyası öz nümayəndələrini parlamentdən çıxaracaq.
Cümhuriyyət Xalq Partiyası Türkiyədə ən qədim siyasi partiya olaraq, 1923-cü ildə yaradılıb.
Türkiyədə əsas qanuna dəyişikliklər üzrə referendumun nəticələrinə qarşı etirazlar və referendumda pozuntulara görə, Türkiyə dövlətinə vurulan ittihamların davamında Xalqların Demokratik Partiyası da bu gün referendumun nəticələrinin ləğv edilməsini istəyib və bu barədə məhkəməyə şikayət edib.
Türkiyədə parlament sistemindən prezidentlik üsul-idarəsinə keçid məqsədilə bazar günü keçirilmiş referendumda təqribən 55 milyon nəfər səsvermə şəraitinə malik idi.
AŞPA nəzarətçiləri bir mətbuat konfransında iddia ediblər ki, Türkiyədə əsas qanuna dəyişikliklər üzrə referendum beynəlxalq standartlara malik olmayıbdır.