Xəzərdə Rusiya donanmasının manevri başlanıb
Xəzərdə Rusiya donanmasının manevri başlanıb.
IRNA-nın məluamatına görə, Rusiya Cənub Hərbi Dairəsinin İctimai Əlaqələr Şöbəsinin müdiri Vadim Astafyev deyib ki, Xəzər dəniz donanması bu gün Rusiya Cənub Hərbi Dairəsi qüvvələrinin döyüş hazırlığı çərçivəsində öz manevrinə başlayıb.
Bu məlumata görə, Rusiyanın Xəzər dəniz donanmasının gəmiləri və torpedaatan freqatları toplardan və pulemyotlardan atəşaçma, eləcə də hərbi taktikalar və hərbi düzülüş kimi hərbi təlimlər həyata keçirirlər.
Manevrdə iştirak edən dəniz bölmələri həmçinin müxtəlif dəniz taktikaları, həmçinin qarşılıqlı əlaqə, həmkarlıq və addımların koordinasiyası kimi təlim-məşqlər keçirlər. Müddəti elan olunmamış bu manevrdə iştirak edən Rusiya hərbi gəmiləri "Qanadlı Kalibr" raketlərilə təchiz olunublar.