Müxtəlif ölkələrdə 15 şəban mərasimi keçirilib
Şiələrin 12-ci imamı Həzrət Höccət ibn Əl-Həsən Əskəri(əc)-in mövlud şənlikləri İngiltərə, Rusiya, Malayziya və Sloveniya keçirilib.
Cümə günü 1438-ci hicri qəməri ili 15 şəban, 2017-cı milad ili 12 may dünya şiələrinin 12-ci imamı Həzrət İmam Mehdi(əc)-in səadətli viladətinin ildönümü gününə təsadüf edirdi.
IRNA-nın məlumatına görə, İslam İnqilabının Böyük Rəhbərinin İngiltərədəki nümayəndəsi və İngiltərə İslam Mərkəzinin sədri Mohəmməd Əli Şomali dünən gecə bu mərkəzdə Həzrət Höccət ibn Əl-Həsən Əskəri(əc)-in mövlud şənliyində intizar və qeybət mövzularında danışıb.
Moskva İslam Mərkəzində keçirilən şənlikdə də İslam İnqilabının Böyük Rəhbərinin Azərbaycan Respublikasındakı nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad Həzrət Höccət ibn Əl-Həsən Əskəri(əc)-in qiyamı zamanı cəmiyyətin natəmizliklərdən təmizlənməsi, özünüislah və intizar mədəniyyətinə özəl diqqət və o həzrəti gözləyənlərin ağır məsuliyyəti barədə danışıb. Mərasimdə İran, Azərbaycan Respublikası, Tacikistan və Əfqanıstandan onlarla müsəlman iştirak edibdir.
Sloveniyada da İranın Lublyanadakı səfirliyində keçirilən Həzrət Höccət ibn Əl-Həsən Əskəri(əc)-in mövlud şənliyində həmin ölkədə yaşayan iranlılar, tələbələr, səfirlik üzvləri iştirak ediblər.
İranın Sloveniyadakı səfiri Morteza Dərzi Raməndi bu mərasimdə Həzrət Höccət ibn Əl-Həsən Əskəri(əc)-in mövlud gününü təbrik edərək, xilaskarlıq, qeybət, intizar, hədəf və intizar fəlsəfəsi anlamlarının önəmini vurğulayıbdır.
Malayziyada yaşayan bir qrup iranlı da paytaxt Kuala-Lumpurda Həzrət Höccət ibn Əl-Həsən Əskəri(əc)-in mövlud şənliyində iştirak edib.
İranın Malayziyadakı səfiri Mərziyyə Əfxəm bu mərasimdə intizar kəlməsinə işarə edərək deyib: Bu intizar daim xeyirxah əməl və məsuliyyətlə yanaşıdır.