Malayziya təyyarəsi alarma görə Melborn aeroportuna qayıdıb
İyun 01, 2017 12:55 Asia/Baku
-
Malayziya təyyarəsi alarma görə Melborn aeroportuna qayıdıb
Sərnişinlərdən birinin pilotun kabinetinə girmək cəhdləri Malayziya hava yolları şirkətinin bir ədəd təyyarəsinin yenidən havaya qalxdığı hava limanına enməsinə səbəb olub.
Bu hadisə dünən Avstraliyanın Melburn hava limanında baş verib. Təyyarə, Kuala-Lumpura doğru havaya qalxdıqdan bir qədər sonra, bir sərnişin tərəfindən sakitliyin pozulmasına görə yenidən aeroporta enməli olub.
Avstraliya 9-cu televiziyası müvafiq rəsmilərə istinadla bildirib ki, sözü gedən sərnişin üzərində bomba olduğunu iddia edib və pilotun kabinetinə girməyə cəhd göstərib.
Təyyarənin təcili enməsindən sonra Melburn hava limanı fəaliyyətini dayandırıb və girişdə olan təyyarələr başqa aeroporta yönəldilib.