İyun 04, 2017 20:05 Asia/Baku
  • Dünya liderləri və siyasətçiləri İmam Xomeynini (rə) alqışalayiq şəxsiyyət adlandırıblar

Bu gün 14 xordad, 9 ramazan və 4 iyun XX əsrdə və müasir dövrdə özünəməxsus şəxsiyyət, böyük lider, anti-imperializm, islam ideologiyasının canlandırıcısı İmam Xomeyninin (rə) vəfatının ildönümü günüdür.

Bu ilahi və insani, uzaqgörən və bəşər tarixinin əbədilərindən birinə çevrilmiş şəxsiyyət öz metodu ilə dünyanın hər bir yerində liderlər və siyasətçiləri heyrətləndirə və onu alqışlamağa məcbur edə bilmişdir. 

Cənubi Afrika Respublikasında aparteidə qarşı hərəkatın lideri Nelson Mandella İran İslam Respublikasının banisi İmam Xomeyninin (rə) xüsusiyyətlərinin vəsfində bildirib: İmam Xomeyni (rə) təkcə İran üçün böyük lider deyil, dünyanın bütün azadlıqsevər məktəbləri üçün lider sayılır. 

Əlcəzairin ilk prezidenti və böyük mübariz Ben Bela İmam Xomeyninin (rə) vəsfində deyib: Ərəb xalqları islamın XX əsrdə canlanmasını İran İslam İnqilabı və İmam Xomeyniyə (rə) borclu hesab etməlidirlər. 

Hindistanın sabiq baş naziri Racu Qandi də bildirib: İmam Xomeyninin (rə) vəfatı ilə dünya bir ruhani lider, böyük inqilabçı və uzaqgörən şəxsiyyəti itirdi. 

Beytül-Müqəddəsin yepiskopu Kapoççi də deyib: İmam Xomeyni (rə) sadəcə İrana aid deyil, dünyanın bütün məhrumları, istər müsəlmanlar, istərsə də qeyri-müsəlmanlar onu xilasedici hesab edirlər. 

SSRİ-nin sabiq rəhbəri Mixail Qorbaçov da İmam Xomeyninin (rə) vəsfində xatırladıb: O zamandan daha geniş düşünür və məkana sığmır. 

Dünya katoliklərinin sabiq rəhbəri Papa II Jan Pol da deyib: İmam Xomeyninin (rə) ölkəsi və dünyanın böyük bir hissəsində həyata keçirdiyi işlər barədə böyük hörmətlə və dərin düşüncə ilə açıqlama vermək lazımdır. 

Ərəb dünyasının məşhur yazarı və jurnalist Məhəmməd Həsəneyn Heykəl də İmam xomeyninin vəsfində deyib: O dünya üçün səmavi hədiyyə idi. 

28 il öncə belə bir gündə İran İslam Respublikasının banisi Ruhulla Musəvi Xomeyni (rə) 87 il yorulmaz ömürdən sonra gözünü dünyaya yumdu və Allah-taalaya qovuşdu. 

Teqlər