İyun 15, 2017 18:04 Asia/Baku
  • Brüssel aeroportunda yanğın
    Brüssel aeroportunda yanğın

Belçika KİV-ləri Brüssel şəhərinin beynəlxalq hava limanında yanğın baş verməsindən xəbər veriblər

Belçikanın RTL mediya qurumunun bildirdiyinə görə, Brüsselin beynəlxalq hava limanı bu gün səhər saat 5-dən yanğın nəticəsində fəaliyyətini tamamiylə dayandırıb. 

Hava limanının fəaliyyətinin dayanmasının səbəbi elektrik cərəyanının kəsilməsi və elektron sistemin sıradan çıxmasıdır. 

Bu məlumata görə, Brüssel hava limanından heç bir uçuş həyata keçmir və müsafirlər aeroport binasına daxil ola bilmirlər. 

Teqlər