İyun 19, 2017 10:55 Asia/Baku
  • Portuqaliyada üç gün ümumi matəm elan olunub
    Portuqaliyada üç gün ümumi matəm elan olunub

Portuqaliya dövləti bu ölkə meşələrində baş vermiş dəhşətli yanğında 62 nəfərin həlak olması münasibətilə yaydığı bir bəyanatda həmin ölkədə üç gün ümumi matəm elan edib və bu hadisəni misli görünməmiş bir hadisə adlandırıbdır.

Frans-Press-in məlumatına görə, Portuqaliyanın baş naziri Antoniy Koşta dünən bu ölkə meşələrində baş vermiş dəhşətli yanğını həmin ölkədə son illərdə baş vermiş ən böyük insan faciəsi adlandırıbdır.

Yanğın şənbə günü Portuqaliyanın mərkəzindəki Liriya məntəqəsi və paytaxt Lissabon şəhərinin şimal-şərqindəki meşəliklərdə baş verib və Portuqaliyanın milli məhkəmə polisi onun səbəbini ildırım adlandırıbdır.

Bu yanğında həlak olanların sayı indiyədək 62 nəfər elan olunub və ehtimal edilibdir ki, yanğının genişliyinə görə, həlak olanların sayı qarşıdakı saatlarda artacaqdır.

Portuqaliya daxili işlər nazirliyinin başçıları bildiriblər ki, bu hadisədə əllidən çox insan bədən xəsarəti alıbdır ki, onların bir çoxunun cismani vəziyyəti ağırdır.

Portuqaliya Avropanın cənubundakı əksər ölkələr kimi yayda meşələrin yanması şəraitinə malikdir və ötən il də bu ölkənin şimal-qərbində geniş yanğınlar evlərin dağılmasına və əlaqə yollarının bağlanmasına səbəb oldu.

Teqlər