Brüsseldə qatar stansiyasında partlayış təhlükəsi
https://azeri.sahartv.ir/news/dünya-i273682-brüsseldə_qatar_stansiyasında_partlayış_təhlükəsi
Kütləvi İnformasiya Vasitələri Brüsseldə qatar stansiyasında silah səslərinin eşidildiyini bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2017 05:32 Asia/Baku
  • Brüsseldə qatar stansiyasında partlayış təhlükəsi
    Brüsseldə qatar stansiyasında partlayış təhlükəsi

Kütləvi İnformasiya Vasitələri Brüsseldə qatar stansiyasında silah səslərinin eşidildiyini bildiriblər.

Pars Todayın məlumatına görə, hadisə qatar stansiyası və Qrand Palas meydanının təxliyə olunması ilə nəticələnib. 

Belçika polisi Brüsseldə qatar stansiyasında vəziyyətin nəzarətdə olduğunu bildirib: Stansiyada partlayıcı kəməri olan şəxs öldürülüb. 

Belçika polisi həmçinin qatar stansiyasına bitişən bütün yolları bağlayıb. 

Məlumatlara görə, stansiyaya təcili yardım maşınları ezam olunub. 

Belçika ötən aylarda terror aktlarına məruz qalmışdır. 

Yaxın Şərqdə, xüsusilə də Suriyadakı terrorulara yardım etmək üçün heç bir səyi əsirgəməyən qərb ölkələri hazırda İŞİD terrorçularının Avropa üzvlərinin qayıtmaları və terror aktları törətmələrinin şahididirlər.