İyun 21, 2017 16:21 Asia/Baku
  • İngiltərə xalqı

İngiltərə xalqı Londonda "Finzberi Park" məscidində törədilən terror aktı qurbanlarının yaxınlarının kədərini bölüşüb.

Bazar ertəsi günü səhər saatlarında bir terrorçu idarə etdiyi avtomobil ilə Londonun şimalında, Finzberi Park məntəqəsində məsciddən çıxmaqda olan insanları əzib. Bu terror hücumunda bir nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

İRNA-nın verdiyi məlumata görə, Finzberi Park terror aktı qurbanlarının xatirəsinə həsr edilmiş mərasimdə iştirak edənlər şam yandırmaq, gül dəstələri qoymaq və plakatlar asmaqla öz həmrəyliklərini elan ediblər. "Biz sizin kənarınızdayıq" şüarı ilə keçirilən bu mərasimdə iştirak edənlər hadisə qurbanlarının yaxınlarının kədərini bölüşüb, onlara dəstək veriblər.

İngiltərənin leyboristlər partiyasının sədri Ceremi Korbin də bu mərasimdə iştirak edərək, iqtidarda olan mühafizəkarları İngiltərə ictimaiyyətində nifrət hissinin rəvac verilməsində ittiham edib və deyib: Mühafizəkarların siyasətləri ölkə ictimaiyyətində müxtəlif təbəqələr arasında ixtilafların dərinləşməsinə səbəbo lub. Bu da terror hücumları üçün münasib şərait yaradıb.

Finzberi məscidinin rəisi Məhəmməd Kəzbar da bu mərasimdə çıxış edərək, hadisə qurbanlarının yaxınlarına təsəlli verib və deyib: Heç bir terror aktı müsəlmanlar arasında ixtilaf törətməyə qadir deyil.

Teqlər