İyun 23, 2017 17:53 Asia/Baku
  • Minlərlə indoneziyalı Qüds günü yürüşündə iştirak edib
    Minlərlə indoneziyalı Qüds günü yürüşündə iştirak edib

Minlərlə indoneziyalı Ümumdünya Qüds günündə sionist rejimin cinayətlərini pisləyərək, Fələstin xalqı ilə həmrəylik elan edib və Qüdsün azadlığını vurğulayıbdır.

IRNA-nın məlumatına görə, İndoneziyanın paytaxtı Cakartanın əhalisi ABŞ səfirliyi önünə toplaşaraq, Ağ Evin sionist rejimin Fələstin xalqına qarşı cinayətlərinə dəstək verməsini pisləyibdir.

Bu aksiya Cakartadan əlavə, Bandunq, Açe, Samarindal, Surabaya, Ambon, Yogiakarta və İndoneziyanın daha bir neçə şəhərində keçirilibdir.

Teqlər