İsveçin səfiri İranın rolunu vurğulayıb
-
İsveçin səfiri İranın rolunu vurğulayıb
İsveçin Tehrandakı səfiri İran İslam Respublikasının region hadisələrindəki rolunu önəmli adlandırıb.
Helena Sangeland bu gün İRNA-ya verdiyi müsahibədə İranın regionda önəmli rolunu vurğulayaraq Suriya böhranı kimi regiondakı böhranların dinc yolla həll edilməsi üçün İranın qonşuları və beynəlxalq ictimiyyətlə əməkdaşlıqlarına ümid bəslədiyini bildirib.
Helena Sangeland həmçinin Əhatəli Müştərək Tşəbbüs Proqramının beynəlxalq diplomatiyada dönüş nöqtəsi olduğunu bildirərək deyib: Bütün tərəflərin bu sazişi davamlı şəkildə icra etməsi son dərəcə vacibdir.
İsveçin Tehrandakı səfiri deyib: İsveç dövləti tərk silah və silahların yayılmaması qarşısında öhdəliklidir və nüvə sazişi bu istiqamətdə önəmli addım hesab olunur.
Helena Sangeland İsveç ilə İran arasında əməkdaşlıqların müxtəlif sahələrdə genişlənməsinə təkid edərək deyib: İki ölkənin ticarət dövriyyəsi artmaqdadır və ticarətin asanlaşdırılması və investisiyanın artırılması məqsədi ilə İsveçin Ticarət Palatası Tehranda ofis açıb.
İsveçli səfir miqrantlar məsələsinə də münasibət bildirib: " İran İsveç kimi, çoxlu sayda əfqan miqrantı qəbul edib və İranın bu miqrantların təhsili və onlara səhiyyə xidmətləri sahəsindəki səyləri yüksək qiymətləndirilməlidir.