İyul 07, 2017 10:02 Asia/Baku
  • Myanmada 80 min müsəlman uşaq aclıqdan əziyyət çəkir
    Myanmada 80 min müsəlman uşaq aclıqdan əziyyət çəkir

Ümumdünya Ərzaq Proqram (WFP) Myanmanın qərbində 80 mindən çox müsəlman uşağın aclıqdan əziyyət çəkdiyini bildirib.

İRNA-nın məlumatına görə, Ümumdünya Ərzaq Proqramı bildirib: Myanmanın qərbində Raxin vilayətində 5 yaşa qədər olan 80500 uşaq aclıqdan ciddi əziyyət çəkir.

Myanmanın qərbində yerləşən Raxin vilayəti Ruhinqa müsəlmanlarının yaşadığı vilayət olaraq 1948-ci ildə bu ölkənin müstəqillik əldə etdiyi zamandan bəri ifratçı buddistlərin və Myanma ordusunun mütəşəkkil hücumlarına məruz qalır. 

Teqlər