Rusiya ABŞ-ı hədələdi
https://azeri.sahartv.ir/news/dünya-i276074-rusiya_abŞ_ı_hədələdi
Kreml bildirib: Rusiyanın ABŞ-la diplomatik münaqişədəki səbir kasası dolub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2017 15:32 Asia/Baku
  • Rusiya ABŞ-ı hədələdi

Kreml bildirib: Rusiyanın ABŞ-la diplomatik münaqişədəki səbir kasası dolub.

Röytersin məlumatına görə, Kreml sözçüsü Dmitri Peskov bildirib: Beynəlxalq hüquq baxımından Rusiya uzun müddətə ABŞ-da diplomatik əmlakının müsadirə olunmasına dözə bilməz və qarşılıqlı addım atmadan onu buraxa bilməz.

Peskov deyib: Rusiya ABŞ-dakı əməkdaşlarının etiraf etdikləri beynəlxalq hüququn pozulması hallarının islah edilməsi üçün siyasi iradənin göstərilməsini gözləyir.

Peskov Moskvanın ehtimal üzrə nə vaxt qarşılıqlı addım atacağına dair açıqlama verməyib.

ABŞ-ın sabiq prezidenti Barak Obama 2016-cı ildə dəstəklədiyi namizəd Hillari Klintonun məğlubiyyəti ilə nəticələnən prezident seçkilərində Moskvanın iddia olunan müdaxiləsinə reaksiya əlaməti olaraq Rusiya diplomatlarının ölkədən çıxarılmasına və bu ölkənin Vaşinqton və Nyu-Yorkdakı iki diplomatik mülkünün müsadirə edilməsinə qərar verdi.