Trampın maliyyə sponsoru intihar etdi
ABŞ prezidentinin maliyyə sponsoru rus hakerlərlə əməkdaşlıq ifşa olunduqdan sonra intihar edib.
İndependent qəzetinin yazdığına görə, 2016-cı il prezident seçkilərində Donald Trampın seçki kompaniyasına sponsorluq edən ABŞ Respublikaçılar Partiyasının sponsorlarından Piter Smit rus hakerlərlə əməkdaşlıq ifşa olunduqdan sonra intihar edib.
Piter Smit Wall Street Journalla müsahibədə bildirmişdi ki, 2016-cı il prezident seçkilərində Demokratların namizədi Hillari Klintonun elektron məktublarının əldə edilməsi üçün rus hakerlərlə əlaqədə olub.
Bu məlumata görə, Piter Smitin cəsədi Smit Wall Street Journalla müsahibədən 10 gün sonra aşkarlanıb.
Respublikaçılar partiyasının üzvü həmçinin demişdi ki, onun rus hakerlərlə əməkdaşlığı Trampın seçki kampaniyasından müstəqil olub və o o zamanda Donald Trampın sabiq milli təhlükəsizlik müşaviri Maykl Flinnlə əməkdaşlıq edirmiş.
Belə məlumatların yayılması Trampın böyük oğlu Donald Tramp Cuniorun da 2016-cı il seçkilərindən öncə rus vəkillə görüşdüyünü və müzakirə apardığını göstərir.
Donald Tramp Cuniorun rus vəkillə görüşündə Rusiyanın sabiq təhlükəsizlik məmuru da iştirak edib.