Venesuela prezidentinin ABŞ-ın təhdidləri və Avropanın tənqidlərinə cavabı
Venesuela prezidenti ABŞ-ın yeni təhdidlərinə və 2 avropalı rəsminin tənqidlərinə cavab olaraq ölkəsi və hökumətinin müstəqilliyini müdafiə edib.
Telesur informasiya portalının verdiyi məlumata görə, Venesuela prezidenti Nikolas Madoro bazar ertəsi günü ABŞ-ın təhdidlərinə habelə, İspaniya dövləti və AB-nin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini tərəfindən səsləndirilən tənqidlərə cavab olaraq deyib: Venesuela Avropanın müstəmləkəsi yox, azad və müstəqil bir ölkədir.
Madoro əlavə edib: Qoy Avropalılar nə istəyirlər desinlər. Karakas hökuməti Venesuelanın müstəqilliyi və ləyaqətinə önəm verir.
ABŞ prezidenti Donald Tramp dünən Venesuela hökuməti ilə müxalif olanların simvolik şəkildə referendum keçirmələrini alqışlayıb və deyib: Əgər Madoro dövləti 30 iyul seçkilərindən sonra öz maraq dairəsində olan Təsisçilər Məclisini təşkil edərsə, Vaşinqton Karakas hökumətinə qarşı təcili və çox güclü iqtisadi tədbirlər görəcək.
Karakas hökuməti ilə müxalif olanlar simvolik xarakter daşıyan bir hərəkətdə bazar günü Madoro hökumətinə daha artıq təzyiq göstərmək və 30 iyul tarixinə təyin edilmiş seçkilərin keçirilməsinə mane olmaq üçün referendum keçiriblər. Bu referendumda 7 milyon nəfərin iştirak etdiyi bildirilir.
Ağ Ev başçılarının Venesuelanın enerji sektoruna sanksiyaların tətbiq edilməsi məsələsini araşdırdıqları bir şəraitdə Karakas hökuməti ilə müxalif olanlar da ölkə konstitusiyasına dəyişikliyin edilməsi üzrə Madoro hökumətinin yeni layihəsinin durdurulması məqsədi ilə 24 saatlıq ümumi tətil aksiyası elan ediblər.