İyul 21, 2017 16:26 Asia/Baku
  • Malayziya xalqı ABŞ səfirliyi önündə sionist rejmi pisləyən aksiya keçirib

Malayziya xalqı Kuala-Lumpurda ABŞ səfirliyi önünə toplaşaraq, sionist rejimin fələstinli müsəlmanları qırğın etməsinin davam etməsi və Məsciduləqsa-nın qapılarını bağlamasını pisləyibdir.

Aksiyaçılar cümə namazından sonra “Yaşasın, Fələstin!”, “Yaşasın, Məsciduləqsa!”, “İsrailə ölüm!” və “Amerikaya ölüm!” şüarları verərək, sionist rejimin və onun Amerika daxil olmaqla himayədarlarının cinayətlərinin davam etməsinə qarşı öz hiddətlərini ifadə ediblər.

Minlərlə malayziyalı müsəlmanın iştirak etdiyi bu aksiyada bəzi qeyri-hökumət qurumlarının nümayəndələri öz çıxışlarında Qüdsü işğal etmiş rejimin baş naziri Benyamin Netanyahunun Məsciduləqsa-nın qapılarını bağlamaq kimi qanunsuz hərəkətini pisləyərək, beynəlxalq təşkilatların, o sıradan İslam Əməkdaşlığı Təşkilatının və islam ölkələrinin Fələstin xalqına dəstək istiqamətində addımlar atmalarını istəyiblər.

Qüdsü işğal etmiş rejimin hərbçiləri fələstinli müsəlmanlara qarşı təcavüzləri və repressiv hücumlarının davamında bir daha Məsciduləqsa-nın qapılarını onların üzünə bağlayraq, cümə namazının qılınmasına mane olublar.

 

 

 

Teqlər