Obamaker-ə alternativ layihə ABŞ senatında uğursuz qalıb
İyul 26, 2017 10:15 Asia/Baku
Obamaker-ə alternativ layihə ABŞ senatında uğursuzluğa düçar olub.
Röyters-in məlumatına görə, Amerikanın sabiq prezidenti Barak Obamanın müalicə xidmətləri layihəsi- Obamaker-ə alternativ olmalı olan layihə dünən ABŞ senatında qəbul edilmək üçün lazım olan altmış faizlik səsi əldə edə bilməyib və beləliklə, iflasa uğrayıbdır.
Senatda bu layihə barədə aparılan səsvermədə 43 lehinə və 57 əleyhinə səs toplanıb. Qeyd edək ki, senatın 9 respublikaçı senatoru bu layihənin əleyhinə səs veribdir.
Əgər respublikaçıların Obamakerin ləğvinə dair yeni layihəsi qəbul olunardısa, 22 milyon amerikalı 2026-cı ilədək öz müalicə sığortasını itirmiş olacaqdı.