Konqoda uşaqların durumu acınacaqlıdır
Avq 11, 2017 09:38 Asia/Baku
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu UNİCEF beynəlxalq ictimaiyyəti Konqonun Kasai bölgəsində insanların, xüsusiylə uşaqların acınacaqlı durumuna etinasız yanaşmamağa çağırıb.
Sinxua xəbər agentliyinin verdiyi məlumata görə, UNİCEF-in Afrikanın qərb və mərkəzi üzrə regional direktoru Mari Piyer Puariye deyib: Son 12 ay ərzində qərbi və şərqi Kasayi vilayətlərində qarşıdurmalar nəticəsində 1 milyon 400 min nəfər, o sıradan 850 min uşaq öz ev-eşiyindən didərgin düşüb.
BMT-nin bu rəsmisi bölgənin didərgin düşmüş qadın və uşaqlarının zorakılıqlara və görməzin zülmlərə məruz qaldıqlarını, bir çox uşaqların yaraqlı qruplar tərəfindən narkoman edildiyi və silahlı qarşıdurmalara cəlb olunduğunu deyib.