BMT Myanma müsəlmanlarının durumu barədə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i279338-bmt_myanma_müsəlmanlarının_durumu_barədə_xəbərdarlıq_edib
Birləşmiş Millətlər Təşkilatının Ruhingiya müsəlmanlarına humanitar yardımları ifratçı buddistlərin Myanma müsəlmanlarına qarşı düşmənçiliklərinin daha da artmasına səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2017 07:49 Asia/Baku
  • BMT Myanma müsəlmanlarının durumu barədə xəbərdarlıq edib
    BMT Myanma müsəlmanlarının durumu barədə xəbərdarlıq edib

Birləşmiş Millətlər Təşkilatının Ruhingiya müsəlmanlarına humanitar yardımları ifratçı buddistlərin Myanma müsəlmanlarına qarşı düşmənçiliklərinin daha da artmasına səbəb olub.

Asiya xəbər portalının verdiyi məlumata görə, Myanmada ifratçı buddistlərinin müsəlmanlara qarşı daha da hiddətlənmələri BMT-ni nigaran edir. 

BMT cümə günü xəbərdarlıq edib ki, yaxın günlərdə ifratçı buddistlərin Myanma müsəlmanlarına qarşı hücumları ehtimal olunur. 

Myanmanın Raxin vilayətində 1 milyon 100 min Ruhingiya müsəlmanı yaşayır amma Myanma dövləti bu dini azlıq üçün heç bir hüquq nəzərdə tutmur. 

2014-cü ildən bəri Raxin vilayətində 150 mindən çox müsəlman didərgin düşüb və yüzlərlə müsəlman qətlə yetirilib.