Avq 14, 2017 10:27 Asia/Baku
  • Mayk Pens
    Mayk Pens

ABŞ-ın vitse-prezidenti bir daha Trampın Venesuela dövlətinə qarşı təhdid və ittihamlarını təkrar edib.

IRIB-nin məlumatına görə, ABŞ-ın vitse-prezidenti Mayk Pens dünən gecə Kolumbiyanın paytaxtı Boqotada bu ölkənin prezidenti Xuan Manuel Santos ilə görüşdə bir daha Venesuela dövləti ilə müxalif olan qruplara dəstək veribdir.

Xuan Manuel Santos da Mayk Pensin sözlərinə reaksiyada deyib: Boqota Vaşinqtona bildiribdir ki, Amerika Kolumbiyada və Latın Amerikasında hərbi müdaxilənin araşdırılmasının ardınca olmamalıdır.

Kolumbiya prezidenti əlavə edib: Amerika sülh qitəsidir və bütün region ölkələri onu qorumalıdırlar.

Amerika prezidenti Donald Tramp son zamanlar Venesuelada məclisi müəssisan seçkilərinin keçirilməsinə reaksiyada belə iddia edib: Bu ölkə barədə bir çox seçimlər mövcuddur ki, onların biri, hərbi seçimdir.

Amerika və Venesuela dövlətinin müxalifləri bu ölkənin prezidenti Nikolas Maduronu məclisi müəssisanın təşkili yolu ilə öz ixtiyarlarını genişləndirməyə cəhd etməkdə ittiham ediblər.

Teqlər