400 rus uşaq Suriya və İraq terrorçularının caynağında
Terrorçu qrupların, xüsusən İŞİD-in üzvləri 400-ə yaxın rus uşağı Suriyaya və İraqa köçürüblər.
Moskvada çıxan Kommersant qəzeti bu gün yazıb: Rusiya prezidentinin uşaqların hüquqları üzrə səlahiyyətli nümayəndəsi Anna Kuznetsova Moskvada bəzi Yaxın Şərq ölkələrinin səfirlərilə iclasda başsız rus uşaqların öz ölkələrinə geri dönmələri imkanı haqda danışıb.
Deyilənlərə görə, bu uşaqlar Rusiyanın müxtəlif məntəqələrindən İraqa və Suriyaya köçmüş və ataları həmin ölkələrdə öldürülmüş terrorçuların övladlarıdır.
Rusiya medialarının xəbərlərinə görə, indiyədək Suriyadakı terror qruplarının üzvü olan 2 mindən çox Rusiya vətəndaşı öldürülüb, 2500-dən çox terrorçu da həmin ölkədə iştirak edir.
Rus medialar həmçinin son bir neçə ayda Mosulda gedən döyüşlərdə Rusiya vətəndaşı olan yüzlərlə terrorçunun, xüsusən çeçen terrorçuların öldürülmələrindən xəbər veriblər.