Tramp müsəlmanlara zorakılığın tətbiq olunmasını dəstəkləyib
Avq 18, 2017 19:31 Asia/Baku
ABŞ prezidenti İspaniyanın şimal-şərqində Barselona şəhərindəki terror aktlarından sonra, Avropa dövlətlərini müsəlmanlara sərtliyi tətbiq etməyə çağırıb.
Fars Xəbər Agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp Barselona şəhərindəki terror aktlarından sonra öz Twitter səhifəsində Avropa dövlətlərini belə hücumların dayandırılması üçün müsəlmanlar əleyhinə sərt siyasəti tətbiq etməyə çağırıb.
ABŞ prezidenti Twitterdə XX əsrin əvvəllərində general Con Perşinqə işarə edib ki, ABŞ-ın Filippini işğal etdiyi zaman Moro müsəlman sakinli bölgənin komandanı idi və minlərlə insanı qətliam etdi.
Tramp elə bir halda bu məsələni irəli sürür ki, bu günlər amerikalı irqçiləri dəstəklədiyinə görə, ciddi tənqidlərə məruz qalmışdır.