Avq 22, 2017 20:18 Asia/Baku
  • Qırğızıstan Fətullah Güləni dəstəkləyib
    Qırğızıstan Fətullah Güləni dəstəkləyib

Türkiyənin Yeni şəfəq qəzeti Qırğızıstanın Fətullah Gülənin Ankaraya qarşı fəaliyyətlərini dəstəkləməsindən xəbər verib.

Türkiyədə çıxan bu qəzetin bildirdiyinə görə, bəzi ölkələrdə Gülənin tabeliyində olan təhsil və təbliğat fondlarının fəaliyyətinin dayandırılmasından sonra, Qırğızıstan Fətullah Gülənin fəaliyyət bazasına çevrilib. 

Yeni şəfəq qəzeti bu iddianı belə bir şəraitdə irəli sürür ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Güləni dəstəkləyən ölkələrə bu qrupun axtarışda olan üzvlərini Türkiyəyə təslim etmək çağırışlarına rəğmən Qərğızıstan bu çağırışlara etinasız yanaşır və Ərdoğanın tələbinin məntiqsiz olduğunu bildirib. 

Qeyd edək ki, Gülən qrupu Qırğızıstanda 41 təhsil mərkəzinə malikdir və bu mərkəzlərin sayı artmaqdadır. 

Teqlər