Avq 23, 2017 20:18 Asia/Baku
  • C.Klepper: Tramp ABŞ-ın milli təhlükəsizliyi üçün bir təhdiddir
    C.Klepper: Tramp ABŞ-ın milli təhlükəsizliyi üçün bir təhdiddir

Amerika Milli Təhlükəsizlik Agentliyinin sabiq rəisi bu ölkənin prezidenti Donald Trampı ABŞ-ın milli təhlükəsizliyinə qarşı bir təhdid adlandırıb.

CNN telekanalının məlumatına görə, Amerika Milli Təhlükəsizlik Agentliyinin sabiq rəisi Ceyms Klepper Donald Trampın dünən gecə Arizona ştatının mərkəzi Finiks şəhərindəki çıxışını təfriqə mahiyyətli adlandırıb və vurğulayıb ki, Tramp mütləq şəkildə ABŞ-ın milli təhlükəsizliyinə qarşı bir təhdid ola bilər.

Ceyms Klepper Meksika divarçəkməsi, Şarlotsvill irqçilik hadisəsi və medialara hücum kimi geniş bir spektri əhatə edən Trampın Finiks şəhərindəki çıxışına toxunaraq, deyib: Amerika C.F.Kennedinin prezidentliyi dövründən Barak Obamanın prezidentliyi dövrünədək belə bir çıxışın şahidi olmamışdı və bu çıxış tamamilə əziyyətverici idi.

Donald Tramp Finiks şəhərində etdiyi çıxışında bir daha amerikalı ağdərililərin Şarlotsvilldəki rasist hadisəsi ilə bağlı sözlərini müdafiə edib və bu çıxışda həmin macərada "bütün tərəflər"i müqəssir adlandırmasını ləğv və təhrif edibdir.

Tramp həmçinin senatdakı demokrat azlığın lideri senator Miç Makkonnell-i təhqiredici sözlərlə səsləyib və "Miç" adlandırıb. 

Klepper 2010-cu ildən 2017-ci ilədək Amerika Milli Təhlükəsizlik Agentliyinin dördüncü rəisi kimi məsuliyyət daşıyıbdır.

CNN telekanalı da Donald Trampın çıxışından sonra Finiks şəhərində toqquşmanın baş verməsindən xəbər verib və bildiribdir ki, xüsusi təyinatlı qüvvələr etirazçılara tərəf gözyaşardıcı qaz buraxıblar.

Teqlər