Qazaxıstan Qırğızıstana qrant verir
-
Qazaxıstan Qırğızıstana qrant verir
Qazaxıstan Avrasiya Birliyində daha yaxşı iştirakına kömək etmək üçün Qırğızıstana yüz milyon dollarlıq qrant ayırıb.
Qırğızıstanın maliyyə naziri Almaz Sezbakov və onun qazax həmkarı Kanat Badilov "İssık-Kul" şəhərində keçirilən 4-cü iqtisadiyyat konfransında Astanadan Bişkekə yüz milyon dollarlıq qrantın verilməsi barədə razılaşma sənədi imzalayıblar.
Bu məbləğ Qırğızıstanın Avrasiya iqtisadi birliyinə qatılması üzrə "yol xəritəsi"nin həyata keçirilməsinə xərclənməlidir.
Qırğızıstanın maliyyə naziri bu barədə deyib: Qazaxıstan Bişkekin layihələrini maliyyələşdirəcək ki, bu ölkənin iqtisadiyyatı yeni beynəlxalq iqtisadi şəraitlə daha artıq uyğunlaşa bilsin.
Mərkəzi Asiya və Qafqaz ölkələrinin istiqlaliyyət əldə etdikləri zamandan bəri Qırğızıstan və Tacikistan zəif iqtisadiyyata malik olduqlarına görə, ən yoxsul postsovet ölkələrindən sayılırlar.