Myanma ordusunun Ruhinqa müsəlmanlarına qarşı geniş hücumları davam edir
Avq 27, 2017 13:15 Asia/Baku
-
Myanma ordusunun Ruhinqa müsəlmanlarına qarşı geniş hücumları davam edir
Myanma ordusunun Raxin əyalətində müdafiəsiz Ruhinqa müsəlmanlarına qarşı repressiv hücumları davam etməkdədir.
Frans-Press-in məlumatına görə, Banqladeşin sərhəd komandanı deyib ki, Myanma hərbçiləri Raxin əyalətində yüzlərlə Ruhinqa müsəlmanına qarşı geniş hücuma keçiblər.
Banqladeşin sərhəd komandanı Mənzur Əlhəsən xan deyib: Myanma hərbçiləri dünən Banqladeşin sıfır sərhəd nöqtəsindəki yüksəkliklərə sığınmış Ruhinqa müsəlmanlarını mərmi və güllə ilə atəşə tutublar.
Hələ bu hücumların tələfatı haqda bir məlumat yayılmayıbdır.
Cümə günündən bəri Myanma ordusunun Ruhinqa müsəlmanlarına qarşı repressiv və təcavüzkar hücumlarında azı 92 nəfər öldürülübdür.