Avq 31, 2017 08:52 Asia/Baku

İllik ənənə olaraq Allahın evi Kəbənin pərdəsi bu gün zihəccə ayının 9-cu günündə 86 nəfərin iştirakı ilə sübh namazından sonra dəyişdirilib.

Kəbənin pərdəsi hər il zihəccənin 9-da (ərəfə günündə) Qurban bayramına bir gün qalmış dəyişdirilir. Bu gün vüqüf əməli üçün bütün hacılar Ərəfatdadır.

Qədim ənənəyə uyğun olaraq Allahın evinin pərdəsi təzələnir və Məscidül-haram sabah Qurban bayramından etibarən zəvvarları qəbul etməyə hazırlaşır. 

Kəbənin pərdəsi təbii və xalis ipəkdən və qara rəngində hazırlanır. Pərdənin hündurlüyü 14 metrdir və  qızıl və gümüş saplarla gözəl xəttlə yazılmış Quran ayələri ilə bəzədilib. Pərdənin hazırlanmasında onlarla kiloqram qızıl və gümüşdən istifadə olunur. 

Pərdənin qırağındakı zolaq Qurani Kərim ayələri ilə bəzədilib və müəyyən hissələrdə " Ya Həyyü ya Qəyyüm" , "Ya Rəhmano ya Rəhim" və " Əlhəmdu lillah rəbbil aləmin" sözləri qızılı rəngdə toxunub. 

Allahın evinin pərdəsi 5 tikədən təşkil olur və hər tikə Kəbənin bir tərəfini örtür, 5-ci tikə isə Kəbənin qapısını əhatə edir.  

Teqlər