Taciklər Məarif və Elm Nazirliyinin cavabına etiraz ediblər
-
Taciklər Məarif və Elm Nazirliyinin cavabına etiraz ediblər
Tacikistanın Məarif ə Elm Nazirliyinin yeni təhsil ilinin Qurban bayramı günündə başlanmasına qarşı çıxan vətəndaşların tələbinə cavabı sosial şəbəkələrdə ciddi etirazlara səbəb olub.
İranın tacik dilində yayımlanan radiosunun verdiyi məlumata görə, Tacikistanın Məarif və Elm Nazirliyi xalqın təhsil ilinin Qurban bayramı günündə başlanmasına qarşı etirazlarına cavab olaraq bildirmişdir ki, Tacikistanın islami mərkəzinin alimlər şurası sentyabrın biri Qurban bayramı gününü başqa günlə əvəz etsin.
Bu nazirlik elə bir şəraitdə bu kimi mövqe nümayiş etdirir ki, alimlər şurası dini münasibətləri hicri qəməri təqvimi əsasında elan etmək öhdəliyinə malikdir və bu kimi dini bayramların vaxtını öz istədiyi günə dəyişə bilməz.
Tacikistanda jurnalistika üzrə universitet müəllimi Cavid Müqim sisial şəbəkələrdə yazmışdı ki, bu kimi günlərdə məktəb və universitetlərin açılması vətəndaş hüquqlarının pozulması deməkdir.
Tacikistanda sosial şəbəkə istifadəçiləri ölkənin Məarif və Elm Nazirliyinin məntiqsiz bəyanatına reaksiya veriblər.
Bu il Qurban bayramının sentyabrın biri Tacikistanda yeni təhsil ilinin başlanması gününə təsadüf etməsini nəzərə alaraq bu ölkənin Məarif və Elm Nazirliyi bütün məktəblilər və tələbələrin bayram günündə dərslərdə hazır olmalı olduqlarını bildirib.
Bu qərara reaksiyada Tacikistan Sosial Demokrat Partiyasının Bədəxşan vilayətində yerli ofisinin rəhbəri Əlim Şirzamanov valideynlərdən Qurban bayramı günündə övladlarını məktəblərə getməkdən çəkindirmələrini istəyib.