Sen 02, 2017 08:53 Asia/Baku
  • 27 min Ruhingiya müsəlmanı Myanmadan Banqladeşə qaçıb
    27 min Ruhingiya müsəlmanı Myanmadan Banqladeşə qaçıb

BMT bildirib: Son günlərdə Myanmadakı zorakılıq hallarına görə 27 min ruhingiya müsəlmanı Banqladeşə qaçıb.

Doun xəbər portalının verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatı bildirib ki, çayı keçərkən boğulan müsəlmanların cəsədləri dünən Banqladeş ərazisində aşkar edilib. 

BMT bildirib: 20 min müsəlman da Banqladeş sərhədlərinə toplaşıb amma onların bu ölkəyə keçmələrinə imkan verilmir. 

Banqladeş rəhbərləri bildiriblər ki, çoxlu sayda ruhingiya müsəlmanı da qayıqdan istifadə edərək özünü Banqladeşə çatdırmağa çalışır. 

Myanma ordusunun Raxin vilayətində ruhingiya müsəlmanlarına qarşı təcavüzkar və zorakı hərəkətlərinin növbəti mərhələsi 10 gündür başlanıb və davam edir. 

Raxin vilayəti 2012-ci ildən bəri Myanma ordusu və ifratçı buddistlərin ruhingiya müsəlmanlarına qarşı hücumlarının şahididir. 

Bu hücumlarda indiyədək minlərlə müsəlman ölüb, on minlərlə müsəlman isə öz ev-eşiyindən didərgin düşüb. 

Myanma dövləti 1 milyonluq ruhingiya müsəlmanını qeyri-qanuni miqrant hesab edir və onlara vətəndaşlıq hüququ nəzərdə tutmur. 

Teqlər