Son zorakılıqlarda 3 min ruhinqalı müsəlman öldürülüb
Sen 11, 2017 13:32 Asia/Baku
Banqladeş bildirib ki, iki həftə bundan öncə Myanmada başlanmış son zorakılıqlarda 3 min ruhinqalı müsəlman öldürülüb.
İngilis dilində yayılan Əlcəzirə telekanalının məlumatına görə, Banqladeş İnsan Haqları Komitəsi bildirib ki, Myanma başçıları bu böhranla bağlı beynəlxalq məhkəməyə verilməlidirlər.
Belə bir halda, Hindistan Ali Məhkəməsi bu ölkə dövlətinin 40 min ruhinqalı müsəlmanın geri qaytarılması barədəki qərarı ilə bağlı iclas keçirməlidir.